Azərbaycan Akkreditasiya Mərkəzinin personalına “ISO / IEC 17011:2017” üzrə təlim keçirildi

26-31 noyabr 2018-ci il tarixlərində “Azərbaycan Respublikasının Milli Akkreditasiya Sisteminin Gücləndirilməsi” adlı Tvining layihəsinin 2.1 komponenti çərçivəsində Azərbaycan Akkreditasiya Mərkəzinin personalına “ISO / IEC 17011:2017” üzrə təlim keçirildi.

Təlim Almaniya Akkreditasiya Qurumunun təmsilçisi Thomas Fachlam tərəfindən həyata keçirildi.

Təlim zamanı ümumi akkreditasiya, struktur, idarəetmə, proses və  resurs tələbləri kimi mövzular müzakirə olundu.