Şrift ölçüsü
A
A
A
Şəkilsiz təsvir
Rəngsiz təsvir
x

AzAK əməkdaşlarına Avropa Komissiyasının (EC) reqlamenti və ISO/IEC 17011:2017 standartı üzrə təlim keçirilib

AzAK əməkdaşlarına Avropa Komissiyasının (EC) reqlamenti və ISO/IEC 17011:2017 standartı üzrə təlim keçirilib

Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin əməkdaşları üçün Almaniya Fiziki-Texniki Federal İnstitutunun (Physikalisch-Technische Bundesanstalt - PTB) nümayəndələri tərəfindən təşkil olunan növbəti təlim Avropa Komissiyasının (EC) 765/2008 saylı reqlamenti və ISO/IEC 17011:2017 standartı üzrə keçirilib. 
Təlim zamanı müvafiq sahədə Avropa İttifaqının yeni qanunvericilik aktları və məhsulların marketinqi ilə əlaqədar akkreditasiya və bazara nəzarət tələblərinə nəzər salınıb. O cümlədən ISO/IEC 17011:2017 – “Uyğunluğun qiymətləndirilməsi qurumlarını akkreditasiya edən orqanlara tələblər” beynəlxalq standartı ilə bağlı terminlər və ümumi anlayışlar müzakirə edilib. İnteraktiv təlimdə iştirakçıların obyektiv qiymətləndirilməsi məqsədilə qrup tapşırıqları təşkil olunub.

Sonda təlimdə uğurla iştirak edən əməkdaşlara sertifikatlar təqdim olunub. 
Qeyd edək ki, üç gün davam edən təlimlər “Şərq Tərəfdaşlığı ölkələrində artan ticarət üçün keyfiyyət standartları" layihəsi çərçivəsində həyata keçirilib.

Bu xəbəri paylaşın :