“Uyğunluğun qiymətləndirilməsi. Uyğunluğu qiymətləndirən qurumları akkreditasiya edən akkreditasiya orqanına ümumi tələblər” standartının yeni versiyası ilə bağlı təlim keçirilmişdir

Avropa Birliyi tərəfindən maliyyələşən “Azərbaycanda Milli Akkreditasiya Sisteminin Gücləndirilməsi” ilə bağlı Tvinninq layihəsi çərçivəsində 26-29 noyabr 2018-ci il tarixlərində Azərbaycan Akkreditasiya Mərkəzinin əməkdaşları üçün İSO/İEC 17011:2017 “Uyğunluğun qiymətləndirilməsi. Uyğunluğu qiymətləndirən qurumları akkreditasiya edən akkreditasiya orqanına ümumi tələblər” standartının yeni versiyası ilə bağlı təlim keçirilmişdir.

Sözügedən təlim Akkreditasiya üzrə Avropa Əməkdaşlığı təşkilatının (EA) keçmiş sədri Tomas Faklam tərəfindən keçirilmişdir.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir.