Şrift ölçüsü
A
A
A
Şəkilsiz təsvir
Rəngsiz təsvir
x

Azərbaycan Akkreditasiya Mərkəzinin nümayəndə heyəti Fransaya işgüzar səfər edib

Azərbaycan Akkreditasiya Mərkəzinin nümayəndə heyəti Fransaya işgüzar səfər edib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) nümayəndə heyəti Fransa Respublikasının Paris şəhərində səfərdə olublar. Səfər çərçivəsində heyət Akkreditasiya üzrə Avropa Əməkdaşlığı Təşkilatının (EA) Üfüqi Uyğunlaşdırma Komitəsinin 30-cu iclasında iştirak ediblər.
İclasda işçi qrupların hesabatları dinlənilib, akkreditasiya qurumlarının fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb, akkreditasiya qaydaları üzrə zəruri sənədlərdə dəyişikliklərin qəbulu qərara alınıb.  
Qeyd edək ki, EA Üfüqi Uyğunlaşdırma Komitəsi ISO/IEC: 17011 və müvafiq ILAC/IAF (Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Təşkilat/Beynəlxalq Akkreditasiya Forumu) və EA tətbiqi sənədlərinin uyğunlaşdırılmış şəkildə tətbiqi ilə bağlı bütün məsələlərin və maraqlı tərəflərin məsuliyyətlərinin müzakirəsi üçün mütəmadi təşkil olunur.

Bu xəbəri paylaşın :