Şrift ölçüsü
A
A
A
Şəkilsiz təsvir
Rəngsiz təsvir
x

AzAK Qlobal Akkreditasiya Əməkdaşlığı Təşkilatının illik iclasında iştirak edib

AzAK Qlobal Akkreditasiya  Əməkdaşlığı Təşkilatının illik iclasında iştirak edib

 

AzAK Qlobal Akkreditasiya  Əməkdaşlığı Təşkilatının illik iclasında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) direktoru Emin Zeynalov Panama Respublikasında Qlobal Akkreditasiya Əməkdaşlığı Təşkilatının (Global ACI) illik toplantısında iştirak edib.

Tədbirə sözügedən təşkilata üzv olan akkreditasiya orqanlarının, regional əməkdaşlıq qurumlarının, dünyanın aparıcı akkreditasiya təşkilatlarının rəhbərlərinin, texniki ekspertlərin və müvafiq dövlət qurumlarının nümayəndələri qatılıblar.

Bir həftə davam edən toplantı çərçivəsində texniki komitələrin iclasları, işçi qrupların görüşləri, regional təcrübə mübadilələri, praktiki seminarlar, habelə regional fəaliyyətlərə dair təqdimatlar keçirilib.

İclasın əsas mövzularını Global ACI-ın Qarşılıqlı Tanınma Razılaşmasının (MRA) tətbiqi və əhatə dairəsinin genişləndirilməsi, beynəlxalq əməkdaşlıq, uyğunluğun qiymətləndirilməsi sahəsində aktual məsələlər, qlobal akkreditasiya təcrübələrinin uyğunlaşdırılması, beynəlxalq ticarətin asanlaşdırılması, uyğunluğun qiymətləndirilməsi xidmətlərinin dünya miqyasında tanınması və digər aktual məsələlər təşkil edib. Həmçinin akkreditasiyanın beynəlxalq ticarətdə rolu və davamlılıq sxemləri üzrə ardıcıllığın təmin edilməsinə xüsusi diqqət çəkilib.

Bundan əlavə, Global ACI-ın Akkreditasiya Komitəsi (AC), Qarşılıqlı Tanınma Razılaşması Komitəsi (MRAC) və İnkişafın Dəstəklənməsi Komitəsinin (DSC) iclaslarında 2026-2028-ci illər üzrə iş planları, eləcə də akkreditasiya sahəsində siyasət və prosedur sənədlərinə nəzər salınıb.

Həmçinin rəqəmsal transformasiya, şahid qiymətləndirmələrinin təşviqi, Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) nişanlarının lisenziyalaşdırılması, keyfiyyət infrastrukturunda akkreditasiya sisteminin, eləcə də bazar nəzarətində akkreditasiyanın rolu və digər məsələlər müzakirə edilib.

Platforma çərçivəsində ölkələrin akkreditasiya qurumları arasında qarşılıqlı tanınma razılaşmalarının (MRA) və çoxtərəfli tanınma razılaşmalarının (MLA) yenilənməsi və gücləndirilməsi istiqamətləri nəzərdən keçirilib.

Qeyd: Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) 2025-ci ilin avqust ayında Beynəlxalq Laboratoriya Akkreditasiyası üzrə Əməkdaşlıq Təşkilatına (ILAC) tamhüquqlu üzv qəbul edilib. Beynəlxalq Akkreditasiya Forumu (IAF) və ILAC-ın 2026-cı il 1 yanvar tarixindən Qlobal Akkreditasiya Əməkdaşlığı Təşkilatı (Global ACI) adı altında birləşməsi ilə AzAK yeni təşkilatın tamhüquqlu üzvü və Qarşılıqlı Tanınma Razılaşmasının (MRA) iştirakçısı olub. Bu status AzAK tərəfindən akkreditasiya edilmiş laboratoriyaların sınaq və kalibrləmə nəticələrinin beynəlxalq səviyyədə tanınmasına, eləcə də yerli məhsulların xarici bazarlara çıxışının asanlaşdırılmasına imkan yaradır.

 

 

 

 

Bu xəbəri paylaşın :