Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasını aparılması üçün AzAK-a müraciət edilməlidir.
Müraciət forması və digər tələb olunan sənədlər aşağıdakılardan ibarətdir:
-müraciət forması
-uyğunluğu qiymətləndirən qurumun əsasnaməsinin layihəsi-2 nüsxə
-uyğunluğu qiymətləndirən qurumun akkreditasiya sahəsinin layihəsi-2 nüsxə
-uyğunluğu qiymətləndirən qurumun idarəetmə sisteminin keyfiyyət üzrə rəhbərlik sənədi
-uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olması nəzərdə tutulmuş işçi heyəti barədə məlumat (sayı, ixtisası, təcrübəsi)
-laboratoriyanın pasportu (laboratoriyalar üçün); (akkreditisiya 17025 üzərindən aparıldığı təqdirdə)
-şəxsiyyəti təsdiq edən sənədin surəti (fiziki şəxslər üçün)
-hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti (hüquqi şəxslər üçün).