AzAK Logo

Daxil ol

Xahiş olunur düzgün e-mail daxil edin

Şifrəni dəyiş

E-poçt ünvanınızı daxil edin və sizə şifrənizi dəyişmək üçün keçid göndərəcəyik.

Xahiş olunur düzgün e-mail daxil edin

Qeydiyyat

Success appeal

FAQ

1. Məhsul və xidmətlərin sertifikatlaşdırılması üzrə akkreditasiya olunmuş sertifikatlaşdırma orqanı həm də idarəetmə sistemlərini və personalı sertifikatlaşdıra bilərmi?

Xeyr. Əgər sertifikatlaşdırma orqanı malın (işin, xidmətin) sertifikatlaşdırılmasını həyata keçirən orqan kimi akkreditasiya olunubsa, onda bu orqana İSO/İEC 17065 standartının tələblərinə uyğunluğunu təsdiq edən akkreditasiya attestatı verilmişdir. İSO/İEC 17065 standartı isə yalnız malın (işin, xidmətin) sertifikatlaşdırılmasını həyata keçirən orqanlara tələbləri müəyyən edir. İdarəetmə sistemlərini, heyəti sertifikatlaşdıran orqanlara tələblər digər standartlarda öz əksini tapmışdır.

2. İnspeksiya orqanı təşkilatın daxilində yaradılıb və yalnız bu təşkilat üçün inspeksiya xidmətləri göstərirsə, belə orqan akkreditasiya üçün müraciət edə bilərmi?

Bəli. İSO/İEC 17020 standartına əsasən təşkilatın daxilində yaradılıb və yalnız bu təşkilat üçün inspeksiya xidmətləri göstərən inspeksiya orqanları B tipli inspeksiya orqanı kimi akkreditasiya oluna bilər.

3. Akkreditasiya üçün müraciət edərkən hansı sənədlər təqdim olunmalıdır?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 iyul tarixli 252 nömrəli qərarı ilə təsdiq edilmiş ”Uyğunluğun qiymətləndirilməsi fəaliyyətləri üzrə akkreditasiya Qaydaları”nın 3.2-ci bəndinə əsasən müraciətə aşağıdakı sənədlər əlavə edilir: uyğunluğu qiymətləndirən qurumun əsasnaməsinin layihəsi-2 nüsxə, uyğunluğu qiymətləndirən qurumun akkreditasiya sahəsinin layihəsi-2 nüsxə, uyğunluğu qiymətləndirən qurumun idarəetmə sisteminin keyfiyyət üzrə rəhbərlik sənədi, uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olması nəzərdə tutulmuş işçi heyəti barədə məlumat (sayı, ixtisası, təcrübəsi), laboratoriyanın pasportu (laboratoriyalar üçün), şəxsiyyəti təsdiq edən sənədin surəti (fiziki şəxslər üçün), hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti (hüquqi şəxslər üçün).