AzAK Logo

Daxil ol

Xahiş olunur düzgün e-mail daxil edin

Şifrəni dəyiş

E-poçt ünvanınızı daxil edin və sizə şifrənizi dəyişmək üçün keçid göndərəcəyik.

Xahiş olunur düzgün e-mail daxil edin

Qeydiyyat

Success appeal

EA

 

 

Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib.

Azərbaycanda istehsal olunan məhsulların xarici bazarlara çıxışının təmin olunması və yerli məhsulların ixrac potensialının artırılması üçün milli akkreditasiya sisteminin beynəlxalq aləmdə tanınmasının təmin olunması ilə bağlı ölkə başçısının tapşırıqlarına uyğun olaraq, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 22-də Almaniyanın Berlin şəhərində Avropa Akkreditasiya Təşkilatının (EA) Baş Assambleyasının iclasında iştirak edib.

İclasda çıxış edən komitə sədri Ramiz Həsənov ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi, qeyri-neft ixrac potensialının artırılması və ticarətin liberallaşdırılması istiqamətində Prezident İlham Əliyev tərəfindən aparılan islahatlar barədə məlumat verib. O bildirib ki, ticarətdə texniki maneələrin aradan qaldırılması məqsədilə keyfiyyət infrastrukturu sahələrinin beynəlxalq tələblərə uyğunlaşdırılması prosesi uğurla davam etdirilir. Sədr qeyd edib ki, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi və bu sahədə xarici təcrübənin tətbiqi üçün Prezidentin 10 fevral 2017-ci il tarixli Fərmanına əsasən komitə tərəfindən “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs təsis edilib və ona milli orqan statusu verilib.

Baş Assambleyasının iclasında Azərbaycan Akkreditasiya Mərkəzinin Avropa Akkreditasiya Təşkilatına assosiativ üzvlüyü ilə bağlı müraciətinə baxılıb. Azərbaycan Akkreditasiya Mərkəzi yekdilliklə beynəlxalq təşkilatın assosiativ üzvlüyünə qəbul edilib.

Bu üzvlük Avropa İttifaqı ölkələri ilə ticarət əlaqələrində texniki maneələrin aradan qaldırılması, milli uyğunluğun qiymətləndirilməsi sisteminin Avropa keyfiyyət infrastrukturuna qoşulması istiqamətində əhəmiyyətli addımdır. Burada əsas məqsəd Azərbaycanda akkreditasiya olunmuş qurumlar tərəfindən verilən sınaq və kalibrləmə sənədləri, uyğunluq sertifikatlarının Avropa ölkələrində tanınmasıdır. Bu isə öz növbəsində yerli məhsulların ixracı zamanı sahibkarların sənədləşmə üçün sərf olunan əlavə vaxt və maliyyə itkisinin qarşısının alınmasına gətirib çıxaracaq.

 

İAF İLAC

 

 

İAF/ İLAC

İLAC – (Beynəlxalq Laboratoriyaların Akkreditasiya Əməkdaşlığı) laboratoriyaların akkreditasiyası üçün beynəlxalq təşkilatdır

ILAC 1977-ci ildə akkreditasiya nəticələrinin və kalibrləmə sınaqlarının qəbul edilməsini təşviq etməklə ticarətin inkişafına kömək etmək və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi üçün yaradılmışdır. Təşkilatın yaradılmasında əsas məqsəd akkreditasiya orqanları arasında əlaqələrin qurulmasıdır.

2000-ci il noyabrın 2-də Vaşinqtonda 28 ölkədən olan 36 akkreditasiya orqanı ILAC-ın qarşılıqlı tanınması haqqında Sazişi imzaladı. Müqavilə 31 yanvar 2001-ci ildə qüvvəyə minmişdir. ILAC müqaviləsi müxtəlif ölkələrin laboratoriyalarında əldə edilmiş test və kalibrləmə nəticələrini tanıyaraq beynəlxalq ticarət sisteminin inkişafına töhvə verir.

ILAC və AZAK.

2012-ci ildən Azərbaycan Akkreditasiya Mərkəzi (o zaman Dövlət Akkreditasiya Xidməti) İLAC-ın müxbir üzvü, 07 mart 2018-ci ildən isə Assosiativ üzvüdür.