AzAK Logo

frontend.Daxil ol 2

Xahiş olunur düzgün e-mail daxil edin

Şifrəni dəyiş

E-poçt ünvanınızı daxil edin və sizə şifrənizi dəyişmək üçün keçid göndərəcəyik.

Xahiş olunur düzgün e-mail daxil edin

Qeydiyyat

Success appeal

Akkreditasiyanın üstünlükləri

NÜFUZ

Həm Azərbaycanda, həm də bütün dünyada istehsalatdan məhsul istehsalına, kimyəvi sektordan mexaniki sektora qədər bütün sektorlarda həm könüllü, həm də qanunvericilikdə nəzərdə tutulmuş öhdəliklər sayəsində müəssisələrin, ictimai təşkilatların, istehlakçı assosiasiyaların akkreditasiya olunmuş UQQ-lərin xidmətlərinə tələbatı artır.

SƏMƏRƏLİLİK

Müntəzəm nəzarət sayəsində akkreditasiya UQQ-yə öz işini daim yaxşılaşdırmaq üçün meyar təklif etməklə səriştəsini və standartlara uyğunluğunu yoxlamaq üçün imkan yaradır.

QANUNVERİCİLİYƏ

Akkreditasiya və uyğunluğun qiymətləndirilməsi sahəsində beynəlxalq standartların tətbiqi ölkədaxili əlavə qanunların qəbuluna zərurəti azaldır, bazara nəzarət edən dövlət orqanları tərəfindən həyata keçirilən fəaliyyəti tamamlayır.

NƏZARƏTİN SADƏLƏŞDİRİLMƏSİ

Müntəzəm nəzarət sayəsində akkreditasiya UQQ-yə öz işini daim yaxşılaşdırmaq üçün meyar təklif etməklə səriştəsini və standartlara uyğunluğunu yoxlamaq üçün imkan yaradır.

DÖVLƏT QURUMLARI TƏRƏFİNDƏN SATINALMALAR

Dövlət orqanları akkreditasiya olunmuş UQQ tərəfindən sertifikatlaşdırılmış və inspeksiya edilmiş məhsulu seçməklə və akkreditasiya edilmiş sınaq və kalibrləmə xidmətlərindən istifadə etməklə dövlət sektorunda xidmət standartlarının tələblərinə əməl edildiyini təsdiq

Biznes üçün üstünlükləri

RƏQABƏT QABİLİYYƏTİ

İdarəetmə sistemi, məhsulu və ya xidməti üçün akkreditasiya olunmuş sertifikatlaşdırma xidmətini seçən təşkilatlar reputasiya və maliyyə fəaliyyətinə inam baxımından öz imicini möhkəmləndirir. Beynəlxalq tələblərə uyğun fəaliyyət göstərən müstəqil və səriştəli orqan tərəfindən tanındıqlarına görə bu təşkilatlar bazarda böyük nüfuza sahib olurlar.

BEYNƏLXALQ

Akkreditasiya olunmuş UQQ-nin xidmətlərinin beynəlxalq səviyyədə tanınması xarici ölkələrdə təşkilatların öz məhsul və ya xidmətlərini əlavə yoxlamaya təqdim etmədən realizə etmələrinə kömək edir.

KEYFİYYƏT ZƏMANƏTİ

Akkreditasiya olunmuş UQQ tərəfindən məhsul və ya xidmətə verilmiş uyğunluq və ya kalibrləmə sertifikatı, sınaq və ya inspeksiya hesabatının mövcudluğu tədarükçünün beynəlxalq standartların tələblərinə uyğun olaraq bazara etibarlı və keyfiyyətli mal yerləşdirməklə bağlı bütün öhdəlikləri yerinə yetirdiyini təsdiq edir.

DAHA ÇOX GÜVƏN, DAHA AZ RİSKLƏR

İstehlakçılar akkreditasiya edilmiş UQQ-nin sınaqdan keçirdiyi sertifikatlaşdırılmış məhsul və ya xidmətə etibar edə bilər, çünki onlar istehlakçılar üçün riski azaldan keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verir.

AzAK Logo