22 Yanvar 2022

“AZSERTCENTER” MMC-nin - Yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqlar və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə orqanının (Attestat № AZ 02.0567.01.21) akkreditasiya attestatının qüvvəsinin qismən dayandırılması barədə

 

“Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsin “Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun akkreditasiya attestatının qüvvəsinin müvəqqəti dayandırılması barədə” 22.02.2022-ci il tarixli 0688-22 ASM nömrəli Qərarı ilə “AZSERTCENTER” MMC-nin - Yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqlar və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə orqanının (Attestat № AZ 02.0567.01.21) akkreditasiya attestatının sahəsi qismən - Kompüter, elektron və optik məmulatlar (Məhsul növləri təsnifatı AZT-053 2018 üzrə 26-cı bölməyə daxil olan bütün kodlar) və Elektrik avadanlıqları (Məhsul növləri təsnifatı AZT-053 2018 üzrə 27-ci bölməyə daxil olan bütün kodlar) sahələri 22.02.2022-ci il tarixindən müvəqqəti olaraq məhdudlaşdırılıb.