Azərbaycan Akkreditasiya Mərkəzinin personalına “Təlimçilərin hazırlanması” mövzusunda təlim keçirildi

10 oktyabr 2018-ci il tarixində “Azərbaycan Respublikasının Milli Akkreditasiya Sisteminin Gücləndirilməsi” adlı Tvining layihəsinin 2.3 komponenti çərçivəsində Azərbaycan Akkreditasiya Mərkəzinin personalına “Təlimçilərin hazırlanması” mövzusunda təlim keçirildi.

 

Almaniya Akkreditasiya Qurumunun təmsilçisi xanım Pflugbeil tərəfindən həyata keçirilən bu təlim zamanı EN ISO/IEC 17011 standartının tələbləri və akkreditasiya qurumunun qiymətləndiricilərinə aid digər sənədlər müzakirə olunmuşdur.