Azərbaycan Akkreditasiya Mərkəzinin personalına “ISO / IEC 17000 seriyası, ISO 15189, ISO 22003 və ISO 50003” üzrə təlim keçirildi

01-04 oktyabr 2018-ci il tarixlərində “Azərbaycan Respublikasının Milli Akkreditasiya Sisteminin Gücləndirilməsi” adlı Tvining layihəsinin 2.1 komponenti çərçivəsində Azərbaycan Akkreditasiya Mərkəzinin personalına “ISO / IEC 17000 seriyası, ISO 15189, ISO 22003 və ISO 50003” üzrə təlim keçirildi. Təlim İtaliya Milli Akkreditasiya qurumunun nümayəndəsi Riccardo Bisagno tərəfindən keçirildi.

Təlim zamanı  persolalın sertifikatlaşdırma orqanlarının akkreditasiya fəaliyyəti üçün əsas standartlar və arayış sənədlərinin təqdimatı keçirildi və personalın sertifikatlaşdırma sxemi üçün akkreditasiya fəaliyyətində real vəziyyətlərin və mümkün kontekstlərin bir çox nümunələri təqdim edilmişdir.