21-22 noyabr 2018-ci il tarixlərində Rumıniya Respublikasının Buxarest şəhərində Avropa Akkreditasiya Təşkilatının (EA) Baş Assambleyasının 42-ci iclası keçirilmişdir

21-22 noyabr 2018-ci il tarixlərində Rumıniya Respublikasının Buxarest şəhərində Avropa Akkreditasiya Təşkilatının (EA) Baş Assambleyasının 42-ci iclası keçirilmişdir.

İclasda Avropa Akkreditasiya Təşkilatının tam və assosiativ üzvləri iştirak etmişlər.

Azərbaycan Respublikası tərəfindən sözügedən tədbirdə Azərbaycan Avropa Akkreditasiya Təşkilatında assosiativ üzv olan Akkreditasiya Mərkəzinin Baş direktoru  Namiq Əliyev iştirak etmişdir.

Baş Assambleyada Təşkilatın maliyyə hesabatı, Avropa Akkreditasiya Təşkilatının 2025-ci ilədək strategiyası, 2019-cu il üçün nəzərdə tutulmuş fəaliyyət programı,  2018 – 2021-ci illər üçün nəzərdə tutulmuş Tərəfdaşlıq müqaviləsi və digər  məsələlər müzakirə edilmişdir.

Müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul edilmişdir.

Avropa Akkreditasiya Təşkilatının (EA) Baş Assambleyasının 43-cü iclası 2019-cu ilin 22-23 may tarixində İtaliya Respublikasının Roma şəhərində keçiriləcək.