Azərbaycan Akkreditasiya Mərkəzinin

İSO/İEC 17025:2017 "Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər" standartına keçid üçün

SİYASƏTİ

 

Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) tərəfindən 30 Noyabr 2017-ci il tarixində İSO/İEC 17025:2017 "Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər" standartı dərc edilmişdir.

2017-ci il dekabr ayında Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Təşkilat (ILAC) İSO/İEC 17025:2017 standartına 3 (üç) illik keçid dövrü ilə əlaqədar GA 20.15 qətnaməsi qəbul etmişdir.

İSO/İEC 17025:2005 standartı İSO/İEC 17025:2017 "Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər" standartı ilə əvəz edilmişdir. Yeni standarta keçidi asanlaşdırmaq üçün Azərbaycan Akkreditasiya Mərkəzi (AZAK) aşağıdakı keçid proqramını tərtib etmişdir.

AZAK tərəfindən akkreditasiya edilmiş sınaq və kalibrləmə laboratoriyaları akkreditasiya statusunu saxlamaq üçün 01.11.2021-ci il tarixinə qədər İSO/İEC 17025:2017 standartına uyğunluğunu təmin etməlidir.

01.11.2021-ci il tarixindən etibarən AZAK tərəfindən İSO/İEC 17025:2005 standartına uyğun olaraq təqdim edilmiş akkreditasiya attestatları etibarsız qəbul ediləcəkdir.

01.09.2020-ci il tarixindən etibarən İSO/İEC 17025:2005 standartının tələblərinə uyğunluğun qiymətləndirilməsi üçün AZAK-a daxil olan akkreditasiya müraciətlərinə baxılmayacaq.

01.06.2020-01.09.2020-ci il tarix müddətində sınaq və kalibrləmə laborartoriyaları İSO/İEC 17025:2005 və ya öz xahişləri əsasında İSO/İEC 17025:2017 standartına uyğunluğun qiymətləndirilməsi üçün müraciət edə bilərlər.

01.03.2021-ci il tarixindən etibarən illik qiymətləndirmələr İSO/İEC 17025:2017 standartına uyğun olaraq həyata keçiriləcəkdir. İllik qiymətləndirmə zamanı AZAK sınaq və kalibrləmə laboratoriyalarında fəaliyyət planının icrasında irəliləyişləri nəzərdən keçirəcəkdir.

01.06.2020-ci il tarixinə qədər akkreditasiya olmuş sınaq və kalibrləmə laboratoriyaları fəaliyyət planını 01.09.2020-ci il tarixinədək AZAK-a təqdim etməlidirlər.

 

01.06.2020 - 01.09.2020 tarixlərində akkreditasiya olmuş sınaq və kalibrləmə laboratoriyaları fəaliyyət planını 01.01.2021-ci il tarixinədək AZAK-a təqdim etməlidirlər.

Fəaliyyət planına aşağıdakılar daxil olmalıdır:

·         İSO/İEC 17025:2017 standartının idarəetmə sisteminə təsirlərinin təhlili;

·         İSO/İEC 17025:2017 standartında edilən dəyişiklərə əsaslanan daxili audit;

·         Yeni standarta keçid barədə maraqlı tərəflərin və müştərilərin məlumatlandırılması;

·         Müstəqillik və qərəzsizlik üçün risklərin ehtiyac olduğu halda davamlı olaraq müəyyənləşdirilməsi;

·         Personalın səriştəliyini İSO/İEC 17025:2017 standartının tələblərinə cavab verməsini əks etdirən sənədləşdirilmiş qeydlər.

 

Sınaq və kalibrləmə laboratoriyaları tərəfindən təqdim edilmiş fəaliyyət planları  AZAK tərəfindən 3 ay müddətində qiymətləndiriləcək və fəaliyyət planının icrasına yerində qiymətləndirmə zamanı baxılacaqdır.

Sınaq və kalibrləmə laboratoriyaları qiymətləndirmə zamanı aşkarlanmış uyğunsuzluqları  01.09.2021-ci ilə qədər aradan qaldırmağa cavabdehlik daşıyır.

 

İSO/İEC 17025:2017 standartına uyğun aparılan illik qiymətləndirmənin nəticəsi qənaətbəxş olduğu halda İSO/İEC 17025:2005 standartı üzrə verilmiş Akkreditasiya Attestatının etibarlılıq müddəti saxlanılmaqla yenisi ilə əvəz olunacaq.

Sual yaranarsa, maraqlı tərəflər Azərbaycan Akkreditasiya Mərkəzinə müraciət edə bilər.